SALAM BİR DAHA SALAM
Haqqım yoxdur səninlə ömürlük birgə qalam, Ötən günlərimizi bəxtiyar yola salam, Bacarmadım mən səni yadın əlindən alam, Bir payız buluduyam, gah boşalam, gah dolam, Qarşılaşsaq sevgilim, salam, bir daha salam!
Bilirəm, keçən anlar geri dönməyəcəkdir, Köksümdə həsrətinin odu sönməyəcəkdir, Ağlayacaq ürəyim, aşkar dinməyəcəkdir, Tanrıdan yazılıbmış sənsiz saralam, solam, Qarşılaşsaq sevgilim, salam, bir daha salam!
Fələkdən gileyliyəm, yoxkən onun günahı, Mən özüm itirmişəm səni, ömrüm pənahı, Kim ayırdı bizləri, tutsun Gövhərin ahı, Hanı o qoşa çağlar dönə qurbanı olam, Qarşılaşsaq sevgilim, salam, bir daha salam!
23.09.1991. autor Govhar Antiga
|