ОБЩЕЛИТ.РУ СТИХИ
Международная русскоязычная литературная сеть: поэзия, проза, критика, литературоведение.
Поиск    автора |   текст
Авторы Все стихи Отзывы на стихи ЛитФорум Аудиокниги Конкурсы поэзии Моя страница Помощь О сайте поэзии
Для зарегистрированных пользователей
логин:
пароль:
тип:
регистрация забыли пароль
Литературные анонсы:
Реклама на сайте поэзии:

Регистрация на сайте

Salam bir daha salam!

Автор:
Автор оригинала:
Govhar Antiga-Govhar Arif
Жанр:
SALAM BİR DAHA SALAM

Haqqım yoxdur səninlə ömürlük birgə qalam,
Ötən günlərimizi bəxtiyar yola salam,
Bacarmadım mən səni yadın əlindən alam,
Bir payız buluduyam, gah boşalam, gah dolam,
Qarşılaşsaq sevgilim, salam, bir daha salam!

Bilirəm, keçən anlar geri dönməyəcəkdir,
Köksümdə həsrətinin odu sönməyəcəkdir,
Ağlayacaq ürəyim, aşkar dinməyəcəkdir,
Tanrıdan yazılıbmış sənsiz saralam, solam,
Qarşılaşsaq sevgilim, salam, bir daha salam!

Fələkdən gileyliyəm, yoxkən onun günahı,
Mən özüm itirmişəm səni, ömrüm pənahı,
Kim ayırdı bizləri, tutsun Gövhərin ahı,
Hanı o qoşa çağlar dönə qurbanı olam,
Qarşılaşsaq sevgilim, salam, bir daha salam!

23.09.1991. autor Govhar Antiga




Читатели (277) Добавить отзыв
 
Современная литература - стихи