O, ötən günlərim, sən gələcəyim, O, xəyal, sən isə həqiqətimsən. O, tez itirdiyim arzum, istəyim, Sənsə gec tapdığım səadətimsən.
O kədər, o qəmim, o dərdim, ahım, Sən isə sevincim, toyum, büsatım. O, mənim günahsız acı günahım, Sən isə fərəhim, ömrüm, həyatım.
O, ürək ağrısı, silinməz yaddaş, Sən təzə sətirdə yeni bir yazı. O, qəlbimdə şaxta, o, boran, o qış, Sən isə könlümün baharı, yazı.
O, dönük bəxtimin dönük ilqarı, Sənsə üzə gülən rüzgarım mənim. O, qəddar fələyin aciz şikarı, Mən isə, mən isə şikarın sənin... 16.01.1980. müəllif Gövhər Əntiqə
|